ÇıxışYolu.Com - Dili korlamaqda məqsəd nədir?

ÇıxışYolu.Com – Dili korlamaqda məqsəd nədir?

Baxış sayı: 2. 416 dəfə baxılıb.

Azərbaycan dilinin saflığı, incəliyi, zənginliyi qorunmalıdır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dövlət başçısının Azərbaycan dili ilə bağlı sərəncamına münasibət bildirərkən deyib.

ÇıxışYolu.Com - Dili korlamaqda məqsəd nədir?

O, deyib ki, dilimizə xələl gətirməyə kimsənin haqqı yoxdur:

“Dil sənin şəxsi malın deyil ki, onunla istədiyin kimi rəftar edəsən. Dil sənin xalqının, sənin dövlətinindir, onun əmanətidir. O əmanətə xəyanət etmək olmaz. Bir vətən övladı, Azərbaycan insanı kimi borcumuz və müqəddəs vəzifəmizdir ki, bu əmanətə sahib çıxaq, dilimizə yiyə duraq, onu yad və zərərli elementlərdən, bayağılaşmaqdan qoruyaq. Amma bunu edə bilirikmi, dilimizi qoruyuruqmu, dilimizin qayda-qanunlarına sonunacan əməl edirikmi? Təəssüf ki, yox!.

Bu, çox ağrılı və narahatedici, həm də hər birimizi düşündürməli olan məsələdir. Mən bir dəfə də bu məsələni parlamentdə dilə gətirmişdim və narahatlığımı ifadə etmişdim ki, belə hallara artıq son qoyulmalıdır, dilimiz bərbad durumdan çıxarılmalıdır.

Xüsusilə də, dərsliklər, dərs vəsaitləri normal dildə yazılmalıdır, Azərbaycan dilinin bütün incəliklərinə əməl olunmalıdır.

Öz dilimizə sahib çıxmasaq, başqaları sahib çıxacaq və onunla istədiyi kimi davranacaq. Buna heç bir halda haqqımız yoxdur. Bunu anlamalıyıq. Əvvəl özümüzdən başlamalıyıq, sonra başqalarından tələb etməliyik”. 

ÇıxışYolu.Com - Dili korlamaqda məqsəd nədir?

Millət vəkili Fazil Mustafa bildirib ki, ölkə prezidentinin sərəncamı dilimizin öyrənilməsinin təşviq olunması baxımından olduqca vacibdir.

“Digər tərəfdən, Azərbaycan türkcəsinin təhrif olunmasının qarşısının alınmasında müəyyən dərəcədə rol oynayacaq. Əcnəbilər üçün dilin elektron əlçatanlığı nəzərdə tutulur ki, bu da dilimizin öyrənilməsi və onun istifadəsində çətinlikləri ortadan qaldıracaq.

Hər halda sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi prosesindən çox şey asılı olacaq. Bu, mənəvi məsuliyyətlə bağlı məsələdir və dilimizə sevgisi olan hər bir kəs bu sərəncamın işləməsi üçün əlindən gələni etməlidir”, – deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com