ÇıxışYolu.Com – Dodon uğradığı qəzanı “müəmmalı hadisə” adlandırdı

Baxış sayı: 5. 904 dəfə baxılıb.

Moldova prezidenti İqor Dodon bazar günü düşdüyü yol qəzasını “müəmmalı hadisə” adlandırıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Moldovanın “Komsomolskoy pravdı” qəzetinə geniş müsahibə verən İ.Dodon yol qəzasının sui-qəsd olması barədə fikirləri şərh edərkən deyib ki, o, indidən hər hansı konkret rəy bildirmək istəmir:

“Bu işlə məşğul olan məsul hüquq-mühafizə orqanları var, onlar araşdırma aparırlar. Biz qayda üzrə hərəkət edirdik, yol hərəkətində heç bir qayda pozuntusu yox idi. Yük maşını polis avtomobilini buraxdıqdan sonra içərisində olduğum avtomobilə tərəf istiqamət aldı”.

İ.Dodon yol qəzasına düşən ailə üzvlərinin vəziyyətinin normal olduğunu qeyd edib.

Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça isə mətbuata açıqlamasında bildirib ki, bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb.

Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

ÇıxışYolu.Com - Dodon uğradığı qəzanı “müəmmalı hadisə” adlandırdı

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com