Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 112 əcnəbi saxlanılıb.
Bu barədə ÇıxışYolu.Com-a xidmətdən bildirilib.
Onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, doqquzu Pakistan, yeddisi Özbəkistan, altısı Ukrayna, altısı İran, dördü Türkiyə, üçü İraq, üçü Nigeriya, ikisi Qazaxıstan, ikisi Birləşmiş Ərəb Əmirlikləri, biri Nepal, biri Mərakeş, biri Fransa, biri Norveç və biri Suriya vətəndaşıdır.
Saxlanılmış altı nəfər Pakistan, üç nəfər Nigeriya, iki nəfər Hindistan və bir nəfər Qazaxıstan vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səyyar ticarət) və üç nəfər Hindistan vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.