ÇıxışYolu.Com – Dünya çempionları mundial şanslarını son dəqiqə qolu ilə saxladı

Baxış sayı: 2. 630 dəfə baxılıb.

ÇıxışYolu.Com - Dünya çempionları mundial şanslarını son dəqiqə qolu ilə saxladı

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının F qrupunda II tura yekun vurulub.

ÇıxışYolu.Com xəbər verir ki, dünya çempionları Almaniya Hollandiya və İtaliya kimi millilərin mundiala çıxmasının qarşısını almış İsveçlə qarşılaşıb.

Hesabı gözlənilənin əksinə olaraq İsveç açıb. 32-ci dəqiqədə Ula Toyvonen əks-hücum zamanı fərqlənib. Lakin 48-ci dəqiqədə Marko Roys hesabı bərabərləşdirib.

82-ci dəqiqədə Jerom Boatenq qırmızı vərəqə almaqla almanları azlıqda qoysa da, əlavə olunmuş sonuncu dəqiqədə Bundestim qələbə qolunu vura bilib. Toni Kroos cərimə zərbəsindən Robin Olseni məyus edib.

Bu nəticə ilə almanlar ilk xalını və qələbəsini qazanıb. İyunun 27-də keçiriləcək bu qrupun son turdakı Meksika – İsveç və Cənubi Koreya – Almaniya oyunları 1/8 finala çıxacaq ikinci komandanın adına aydınlıq gətirəcək. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com