ARB TV-nin “Səhər-səhər” proqramında qonaq olan Əməkdar artist Sahib İbrahimovla aparıcı Elgiz Əkbərin sözü çəpləşib.
ÇıxışYolu.Com xəbər verir ki, veriliş zamanı öz ünvanına “Tənqidi çox sevən insanam” deyən Sahibə Elgiz reaksiya verib. O bildirib ki, ifaçı yalan danışır.
“Siz tənqidi çox sevmirsiniz, dözümünüz də yoxdur. Son dərəcə əsəbisiniz. Verilişə gələndə şərt qoyursunuz ki, mənə filan suallar verilməsin. Bir dəfə də mənə təpki göstərdiniz ki, mən icazə vermirəm şəxsi həyatımla bağlı danışanınız.
O qədər də ictimaiyyətə açıq, jurnalistləri sevən insan deyilsiniz. Ancaq tərif yazanlara hörmət edirsiniz”, – deyə Elgiz bildirib.
Əməkdar artist isə aparıcıya “Yaxşı jurnalistlərə hörmətim var” deyib.