ÇıxışYolu.Com - Elnarədən Röyaya: Ömür boyu paltarlarımı geyinmisən

ÇıxışYolu.Com – Elnarədən Röyaya: Ömür boyu paltarlarımı geyinmisən

Baxış sayı: 2. 364 dəfə baxılıb.

ÇıxışYolu.Com - Elnarədən Röyaya: Ömür boyu paltarlarımı geyinmisən

Müğənni Elnarə həmkarı Röya Ayxanın yeni mahnısı “Mənə sevgindən bəhs et”in əfsanəvi müğənni Uitni Hyustonun mahnısı ilə eyni olduğunu söyləyib.

ÇıxışYolu.Com xəbər verir ki, Röya isə məsələyə biganə qalmayaraq Elnarəyə “Instagram” hesabında cavab verib. Əməkdar artist Elnarənin çətin dövründə ona köməklik etdiyini iddia edib.

Müğənni Röyanın sözlərinə əsəbləşərək yenidən səssizliyini pozub: 

“Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə çox sağ ol demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. 

Mahnı mahnıya oxşayar da. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan? Mahnında problem var, get mahnını düzəldənlərin boğazından yapış ki, ətək-ətək pul tökmüşəm, bu etdiyinz nədir? 

Ey ulduzların ulduzu, starların starı, əməkdarların əməkdarı. Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur. Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür. 

Bilsəydim özünü təsdiq etmək üçün efirdə erməni mahnısını oxuyanın ümidinə qalacaqsan, sənə heç kömək etməzdim. Yazıq Tolik qalmışdı kəkələyə-kəkələyə. Bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın. 

Canım, ay Tolik! Səni və Röyanı nə qədər çox istəyirəm bunu yalnız Allah bilir. Amma məhkəmə quranda heç olmasa, qarşı tərəfdən çox demirəm, bircə nəfər obyektivlik üçün çağırmalıydız. Yoxsa elə özünüz çaldız, özünüz oynadız.

Hələ o jurnalist etiraf edir öz diliylə ki, bəli, Elnarə reklam simasıdır. Sonra da deyir iş gör. Mən iş görməsəm, trend olmasam, tələbatlı olmasam bu qədər şirkətlər məni özlərinə sima seçər? 

Sən də oxuyursan, mən də. Sənin öz izləyicin, mənim öz… Sən də klip çəkdirirsən, mən də… Sən də Türkiyədə iş gördürürsən, mən də…

Sən konsert verirsən, mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdur. Sən birini də verirsən, mən birini də doğuram. Nəyi pisdi ki… Səndə o var. Məndə bu. Sən konsert verirsən, mən təhsil alıram. Buna da zaman gedir.

Yeri gəlmişkən, təhsil dedim, təhsil yadıma düşdü. Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam, söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir? 

Bir var yalan, bir də var ağ yalan. Belə olmaz, bacım. Ömür boyu mənim paltarlarımı geyinmisən. İndi “modnu” olmusan, məni bəyənmirsən? Bir dedin, susdum. İki dedin, susdum. İndi də Elnura sifarişlə yazı yazdırmısan ki, Elnarə zövqsüzdür. Utanıram, sadəcə hər ikinizin yerinə. Bir əski parçası, dünya malı insanlıqdan dəyərli olarmış. Sonda sizin öz sözünüzlə bitirmək istəyirəm. 

Bir halda ki, səni milyonlar sevir məni heç kim, ey milyonların sevimlisi dünya şöhrətli ulduz, siz dediyiniz məntiqlə yanaşsaq, əgər keyfiyyətə deyil, kəmiyyətə nəzər salsaq, onda Azərbaycanda hal-hazırda 2 ulduz var. Biri Damla, digəri də Üzeyir. Onunla deyil axı, düzdür? Tolik demiş, adamı gərək Allah istəsin. 

Allahıma çox şükür, nəyim yoxdu sənə paxıllıq edəm? Ərin var, ərim yoxdu? Oğlun var, oğlum yoxdu? Qızın var, qızım yoxdu? Yerdə qalanı da yuxarıda sadaladım. 

Birdən elə bilərsən sənlə dava edirəm ha, qətiyyən ağlına elə şey gətirmə. Sadəcə köhnəlmiş münasibətlərimizi aydınlaşdırdım, vəssalam. Səni yenə də çox sevirəm. Unutma, uman yerdən küsərlər”.

www.ÇıxışYolu.Com