Meyxanaçı Elşən Xəzər sosial media hesabındakı videosu ilə gülüş hədəfinə çevrilib.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb meyxanaçının əlində olan üzüyü “Allahın möcüzəsi” adlandırması olub.
Belə ki, sözügedən videoda Xəzər üzüyü onun üzərində yerləşdirilən daşla birgə suya salır və əşya işıqlanır. Daha sonra sudan çıxarılan daşın üzərinə hər dəfə sıxarkən üzüyün işıqları yanıb-sönməyə başlayır.
Elşən videoda bildirir ki, Allaha inanmayana lənət, bu, tanrının möcüzəsidir.
Sosial şəbəkə izləyiciləri isə Xəzərin oyuna gəldiyini, üzüyün qaşının içərisində kiçik lampaların olduğunu qeyd ediblər.
Tənqidlərə məruz qalan və cahillikdə günahlandırılan meyxanaçı daha sonra bununla bağlı açıqlama da verib.
“İndiyədək belə bir şey görməmişdim. Bu üzük mənim deyil, əziz dostumundur. Təmiz daş olduğunu deyib, çox etibarlı insandır. Əgər daş deyilsə, deməli, özü də bilməyib. Üzüyün sahibindən icazə istəyəcəyəm, əgər icazə versə, sındıracağam.
Allaha and içdiyim yalan olsa, tövbəsini edərəm. Çünki bilmədən etmişəm. Amma düz çıxsa, onda siz tövbə edərsiniz”.