ÇıxışYolu.Com - Elza Seyidcahan: Qısa ətək də, şortik də geyinirəm

ÇıxışYolu.Com – Elza Seyidcahan: Qısa ətək də, şortik də geyinirəm

Baxış sayı: 2. 755 dəfə baxılıb.

ÇıxışYolu.Com - Elza Seyidcahan: Qısa ətək də, şortik də geyinirəm

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artisti Elza Seyidcahan olub.

ÇıxışYolu.Com xəbər verir ki, verilişdə “İctimai yerdə necə geyinmək lazımdır” mövzusu müzakirə olunub. 

Əməkdar artist mövzu ilə əlaqədar fikrini bildirərək deyib ki, hər yerin öz geyim qaydası var: 

“Tələbə vaxtı idi, konservatoriyada oxuyanda getmişdim Alim Qasımovun evinə. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim insanın daxili kökündən, sənətindən xəbər verir.

Anasına allah rəhmət etsin. Alim müəllim dedi ki, anam deyir ki, ay Alim, bu, nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var”.

.
www.ÇıxışYolu.Com