Bu günlərdə Rusiyanın Orenburq şəhərində keçirilən “Avrasiya Gənclər Forumu”da Azərbaycana qarşı təxribat baş verib.
Bakı Gənclər Klubunun Beynəlxalq Departamentinin rəhbəri Sabir Rüstəmov ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova ilə brifinq zamanı Ermənistan nümayəndələrindən biri ona Rusiyanın nə vaxt “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyacağı ilə bağlı təxribat xarakterli sual verib.
“Bundan sonra erməni nümayəndələri qondarma “DQR”in bayrağı ilə gəzməyə başladılar. Biz bununla bağlı təşkilatçılara müraciət etdik. Ermənilərdən separatçıların bayrağını aldılar, və onlara xəbərdarlıq etdilər”, – deyə o bildirib.