ÇıxışYolu.Com – Ermənilərin böyük yalanı ifşa olundu

Baxış sayı: 4. 060 dəfə baxılıb.

Bu dəfə də Ermənistan tərəfi cəfəngiyyat və qarayaxma ilə məşğuldur. Belə ki, 20-27 sentyabr 2018-ci il tarixində cüdo üzrə 32-ci Dünya çempionatının Azərbaycanda keçirilməsinə bir neçə gün qalmış Ermənistan Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməmələri ilə bağlı yalan fikirlər səsləndirir. 

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumatda deyilir. 

Qeyd olunur ki, illər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub: “Bu formata əsasən Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan Hökuməti qaydalara əməl edərək Bakıda keçiriləcək Cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır”.

16.18

Ermənistanın cüdo millisi Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Ermənistan Respublikasının İdman və Gənclərlə İş üzrə Nazirliyi məlumat verib.

Sözügedən qurum bunu Azərbaycanda onların idmançılarının təhlükəsizliyinə heç bir zəmanət verilməməsi ilə əlaqələndirib.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının mövqeyini öyrəndik. Federasiyadan bildirildi ki, qarşı tərəfin belə bir bəyanatla çıxış etməsi həqiqəti əks etdirmir:

“Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən Beynəlxalq Cüdo Federasiyasına Ermənistan millisinin ölkəmizdəki dünya çempionatında iştirakına dair zəmanət məktubu göndərilib.

Cənab nazir Azad Rəhimovun adından göndərilmiş məktubda Ermənistan da daxil olmaqla, bütün ölkə idmançılarının təhlükəsizliklərinin təmin olunacağı göstərilib. Lakin bununla belə, Ermənistanın dövlət qurumunun belə bir bəyanat yayması bizi təəccübləndirir. 

Göründüyü kimi, yenidən Ermənistan tərəfi həqiqəti əks etdirməyən informasiyalar yaymaqla dünya ictimaiyyətində bizim haqqımızda mənfi fikir formalaşdırmağa çalışır. Lakin bizim əlimizdə beynəlxalq quruma göndərdiyimiz məktub var.

Avqustun 30-dək onların idmançıları judobase.ijf.org saytında qeydiyyatdan keçə bilərdi. Lakin göndərdiyimiz zəmanət məktubuna baxmayaraq, onlardan qeydiyyatdan keçən olmadı. Bakıda təşkil olunacaq dünya çempionatına isə 133 ölkədən 872 idmançı qeydiyyatdan keçib”.

ÇıxışYolu.Com - Ermənilərin böyük yalanı ifşa olundu

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək keçiriləcək. Görüşlər Milli Gimnastika Arenasında baş tutacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com