ÇıxışYolu.Com – Ermənistanda növbəti səs-küylü həbs

Baxış sayı: 2. 647 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ermənistanda növbəti səs-küylü həbs

Ermənistan Milli Olimpiya Komitəsinin sədri, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi, deputat Qaqik Tsarukyanın mühafizə xidmətinin rəisi Eduard Babayan həbs edilib. 

ÇıxışYolu.Com Ermənistan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Sona Truzyan məlumat verib. 

O deyib ki, E.Babayan adı açıqlanmayan şəxsə ağır bədən xəsarəti yetirməkdə ittiham olunub. Hazırda mühafizə xidmətinin rəisinin evində axtarış aparılması barədə vəsatət hazırlanır.

İyulun 2-si axşam saatlarında “Ermənistan” tibb mərkəzinə ağır bədən xəsarətləri ilə 1968-ci il təvəllüdlü şəxs gətirilib. İlkin məlumatlara görə, o, “Olimpavan” idman kompleksində döyülüb. Faktla bağlı cinayət işi başlanıb. 

Xəsarət alan şəxs onun Tsarukyan və Babayan tərəfindən döyüldüyünü bildirib. 

Ə.Ş.
www.ÇıxışYolu.Com