Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı – Henrix, avqustun 6-da ona məxsus mexaniki-təmir zavodunda aparılan axtarışdan sonra həbs edilib.
ÇıxışYolu.Com “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, o, müxtəlif çaplı odlu silahın qanunsuz saxlanılmasında ittiham edilir.
Ararat vilayətinin Mxçyan kəndində yerləşən zavodda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları külli miqdarda silah aşkarlayıblar: 3 əl qumbaraatanı, 7 AK74 avtomatı, 2 snayper tüfəngi, müxtəlif tipli 3 tüfəng, 2 tapança və müxtəlif çaplı patronlar.
Qeyd olunur ki, axtarış Xüsusi İstintaq Xidmətinin 1-2 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılması ilə bağlı apardığı cinayət işi çərçivəsində həyata keçirilib.
20:14
Ermənistan KİV-ində ölkənin sabiq baş naziri Ovik Abramyanın qardaşı – Conik Abramyanın qanunsuz silah əldə etmək və saxlamaq ittihamı ilə həbs olunduğu haqqında məlumat yayılıb.
Bu barədə ÇıxışYolu.Com “Sputnik Armeniya”ya istinadla xəbər verir.
Bildirilir ki, dünən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq nazirin ailəsinə məxsus fabrikdə olublar.
Həmçinin Abramyanın Mxçyan kəndindəki evində axtarış aparıldığı qeyd olunur.
Nəşrin məsələyə aydınlıq gətirilməsinə dair sorğusuna Ermənistan MTX mətbuat xidmətindən belə cavab verilib:
“Hazırda bu məlumatı nə təsdiq, nə də təkzib edirik”.
Qeyd edək ki, Ovik Abramyan 2007-2008-ci illərdə Ermənistan Baş nazirinin müavini, 2008-2011 və 2012-2014-cü illərdə parlamentin spikeri, 2014-2016-cı illərdə isə baş nazir vəzifələrini icra edib.