ÇıxışYolu.Com – Eyfel qülləsi bağlandı

Baxış sayı: 3. 058 dəfə baxılıb.

ÇıxışYolu.Com - Eyfel qülləsi bağlandı

Parisin rəmzi olan Eyfel qülləsi turistlərin üzünə qapanıb.

ÇıxışYolu.Com “France Presse” agentliyinə istinadla xəbər verir ki, buna səbəb qüllənin xidməti personalının tətil etməsidir.

Bu barədə məlumat Eyfel qülləsinin rəsmi saytında yerləşdirilib.

“Şəxsi heyətin tətil etməsi səbəbi ilə Eyfel qülləsi saat 16:00-dan bağlanıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, hər il Eyfel qülləsini 6 milyondan artıq turist ziyarət edir.

www.ÇıxışYolu.Com