Azərbaycanlı model Fərid Abdullayev və “Zuhal Topalla izdivac” proqramında tanış olduğu həyat yoldaşı Nagehan Abdullayeva üçün yeni dönəm başlayır.
ÇıxışYolu.Com xəbər verir ki, onlar valideyn olmaq üçün gün sayır.
Bu barədə 25 yaşını qeyd edən Fərid “Instagram” hesabında məlumat verib.
“Bu zamanadək çox əziyyət, çətinlik gördüm, amma şükür Allaha, heç vaxt düşmədim və düşməyəcəm. Çünki mənim arxamda həmişə ailə durub. Onlarsız heç nə edə bilməzdim. Başda atam, anam, bacım, qardaşım və canım yoldaşım, yaxşı ki, həyatımdasınız. Bu il ən böyük hədiyyəni yoldaşım etdi. Gələn il, inşallah, böyük bir ailə olacağıq”, – deyə Fərid yazıb.
Qeyd edək ki, cütlük ötən ilin aprel ayında tanış olub və daha sonra evlənib. Onlar hazırda Türkiyədə yaşayır və müxtəlif markaların siması olaraq reklamlara çəkilirlər.