“Facebook” ortaq xüsusiyyətləri olan istifadəçilərin bir-biri ilə əlaqə qurmasına şərait yaradacaq.
ÇıxışYolu.Com xəbər verir ki, aylıq aktiv 2,23 mlrd. istifadəçi sayı ilə dünyanın ən populyar sosial şəbəkəsi olan “Facebook” diqqətçəkən yeni funksiyasını işə salacaq.
Rəy bölməsinə əlavə edilməsi planlaşdırılan “things in common” (ortaq xüsusiyyətlər) həşteqi istifadəçilərin tanımadıqları, ancaq ortaq xüsusiyyətləri olan şəxsləri tanımasına imkan yaradacaq.
Məsələn: Hər hansı paylaşımın altında yazılan rəyləri oxuyarkən sizinlə eyni universitetdən məzun olan şəxsləri göstərən həşteq görəcəksiniz.
Bildirilir ki, istifadəçilərin bir-biri ilə əlaqə yarada biləcəyi xüsusiyyətlər sırasına iş yeri, üzv olduğunuz qruplar və s. də ola bilər.
Qeyd edək ki, şirkət bu funksiyadan istifadəni paylaşımları hər kəsə açıq olan istifadəçilərə təqdim edəcək.
Hazırda bu funksiya ABŞ-da bir qrup istifadəçi arasında test versiyada işləyir.