Mark Zukenberq işdən uzaqlaşdırıla bilər. Əllərində təxminən üç milyard dollar səhmləri olan “Facebook” sosial şəbəkəsinin nəhəng investorları nəinki idarə heyətinin başçısını istefaya göndərməyi, hətta onun tam olaraq şirkət idarəsindən məhrum olunmasını tələb edirlər.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Business Insider” məlumat yayıb.
Səhmdarlar Zukenberqin biznesi idarə etməsindən qəzəbləniblər. İstifadəçilərin şəxsi məlumatlarının sızdırılması ilə bağlı qalmaqal sosial şəbəkənin reputasiyasına ciddi zərbə endirib.
İnvestorlar tələb edir ki, Zukenbeq istefa verməlidir. Onun yerinə səhmdarlar müstəqil direktor təyin etmək istəyirlər.