FIFA DÇ-2018-in qrup mərhələsinin II turunda İsveçlə oyundan sonra baş verən insidentə görə Almaniya millisinin iki nümyəndəsinə qarşı intizam işi açıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunlar yığmanın meneceri Qeorq Behlau və mətbuat katibi Ulrix Foiqtdir.
Adıçəkilən şəxslər Almaniya millisinin son dəqiqədə vurduğu qələbə qolundan sonra İsveçin ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qarşı tərəfə yumruq göstərib, əl çalıb və digər qıcıqlandırıcı hərəkətlər edib. Nəticədə, tərəflər arasında toqquşma baş verib.
Qeyd edək ki, daha sonra Almaniya Futbol İttifaqı, eləcə də, Qeorq Behlau və Ulrix Foiqt bu hərəkətə görə İsveç komandasından və baş məşqçi Yane Andeşondan üzr istəyib. Klubun sözçüsü Yens Qritner açıqlamasında hər iki şəxsin addımının yanlış olduğunu bildirib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com