ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

ÇıxışYolu.Com – Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Baxış sayı: 2. 810 dəfə baxılıb.

Rənglərin beynimizə və düşüncəmizə təsir etdiyini hamımız bilirik. Buna görə də müxtəlif firmalar öz məhsullarında müştəri üzərindəki təsiri artırmaq üçün müxtəlif rənglərdən istifadə edir. Bəs rənglərin bu xüsusiyyəti filmlərdə necə istifadə olunur?

ÇıxışYolu.Com filmlərdə istifadə edilən müxtəlif rəng çalarlarının psixologiyamıza necə təsir etməsi barədə yazını təqdim edir:

Qırmızı

Qırmızı isti, alov, qan, şəhvət, eşq, səmimiyyət, güc, həyəcan və aqressivliyin simvoludur. Qan təzyiqini və həzmi sürətləndirir. İnsanları daha tez qərar verməyə və gözləntiləri yüksəltməyə təşviq edir.

Qırmızı diqqətçəkən rəngdir. Qırmızı rəngdə olan bütün işarələr və sözlər insanların diqqətini tez çəkir. Qırmızı həssaslığı artıran və coşdurandır. Qırmızı paltarlar insanı enerjili ab-havaya bürüyür. Özünü idarə etməkdə çətinlik çəkən insanlar qırmızı rəngdən qaçmalıdır.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Qorxulu filmlərdə ən çox istifadə edilən rəng də qırmızıdır. Çünki vəhşiliyi, qanı, ölümü təmsil edir. Qırmızının belə əks təsirləri olsa da, ümumi olaraq enerjili olduğuna görə, eşqin və sevginin də rəngidir. Eşq və nifrət hissini bir-birinə əks şəkildə özündə birləşdirir. Qırmızı sərhədsizdir, sərhədsizliyə qaçmaqdır.

Narıncı

Narıncı rəng həyəcan və xoşbəxtlik verən, dinamik, diqqətçəkən, radikal və insanın əhvalını yüksəldən rəngdir. Qırmızıdan sonra ən qaynar rəng olan narıncı göstərişin, dəbdəbənin rəngidir, ancaq qırmızı qədər insanları narahat etmir. Narıncı rəng maddələr mübadiləsini sürətləndirir. Canlılıq, cəsarət və güvən verir. Zehnin daha yaxşı işləməsini təmin edir.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Canlı və qaynar rəng olduğuna görə, coşqu və sevinc kimi hisslər yaşadır. Amma narıncı gözə tez dəyən rəngdir, onun fərqinə tez varırıq.

Narıncı rəng depressiv və daha gərgin vəziyyətlərdə insanları əsəbiləşdirir. Komediya filmlərində onu və çalarlarını çox görsək də, gərgin janrda olan filmlərdə də çox istifadə edilir. İnsana təsiri çalarlarına görə dəyişir.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Sarı

Gənclik, sevinc və həyəcan… Sarı bu qavramları ən yaxşı ifadə edən rəngdir. İnsanın ruhi vəziyyətinə yaxşı təsir göstərir və çox diqqət çəkir. Əsasən, nəşə və sevinc verən bir rəng olsa da, çalarlarına görə təsiri dəyişir. Məsələn, qızılı çalarları “qüsursuz olmağı” ifadə edir.

Hər rəng kimi, onun da xoş olmayan bir tərəfi var – eyni zamanda “xəyanət” duyğusu da sarı rənglə simvolizə edilir. Qorxaqlıq, güvənsizlik, psixi pozğunluq kimi hisslərin də rəngi olduğuna görə, sarı gərgin janrda filmlərdə qarşımıza tez-tez çıxır.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Sarı rəngi seçənlərin şəxsiyyət analizlərində həmin adamların azad olmağı sevdikləri ortaya çıxıb. Dəyişkənliyi sevirlər. Şorgöz və ilk dəqiqədən aşiq olan tiplərdəndirlər. Hər günü son gün imiş kimi yaşamağı çox sevirlər. Çevrələrinə enerji saçırlar.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Həyatlarında hər hansı tərsliklə qarşılaşanda başqa ritmlə hərəkət etməyə başlayırlar. Bu adamların başqalarını razı salma qabiliyyətləri də yüksək səviyyədədir. İntelektual olmaq, idarəçilik və iddia sarı rəngin əsas müddəalarına daxildir.

Yaşıl

Yaşıl hər kəsin bildiyi kimi, təbiətin, həyatın rəngidir və demək olar ki, hər çalarının insan üzərində yaxşı təsiri var. Ruhu sakitləşdirir. Bununla bağlı olaraq, həyatı, gəncliyi, yenilənməyi, ümidləri və dincliyi simvolizə edir. Yaşıl gözlər üçün ən rahat rəngdir və görmə gücünü artırır. Sakitləşdirir və sinir sisteminə yaxşı təsir edir.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Yaşıl xəstəxanalarda da istifadə edilən rəngdir. Xəstələrin sakitləşməsini təmin edir. Yaşıl həm də neqativ olaraq təhlükə və qısqanclıq mənasına gəlir. Hər zaman olmasa da, bəzən yaradıcılığı artırır.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Yaşıl Amerika mədəniyyətində pulu simvolizə edir. Filmlərdə yaşıl rəngə, əsasən, bu mənada rast gəlirik.

Yaşıl rəngi seçənlərin özlərinə dəyər vermə hissi yüksək səviyyədədir. Düzgün bildikləri bir şeydə inad edərək sonadək getməyi sevirlər. Fikirlərindən yayınmırlar. İnandırıcılıqları ilə başqalarına təsir etməyi bacarırlar. Bəzən hədlərini aşaraq, meqaloman, özündənrazı hərəkətlər edirlər.

Mavi

Mavi də xüsusiyyətlərinə görə yaşıla bənzəyir. Sakitliyi və ağılı təmsil edir. Azadlıq mənasını daşımaqla bərabər, okean və göy üzünün sıx göstərildiyi təbiət mövzulu filmlərdə tez-tez istifadə olunur. Mənəvi olaraq, bağlılıq, sədaqət, ciddiyət və melanxolik olmaq mənasını verir. Çalarlarına görə dəyişsə də, mavinin sosiallığı artıran bir rəng olduğu inkaredilməzdir.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Bənövşəyi

Bənövşəyi rənglər arasında ən sirli və mistik olanıdır. Təbiətdən asılı olmayan gücləri təmsil etməklə bərabər, kübarlıq, qüdrət, fantaziya, eqoizm və hüzün mənasını verir. Bənövşəyi kral ailəsinin rəngidir. Eyni zamanda, xəstəliyə də işarə verir. Üstəlik, intihar etmə arzusu çox olan insanların ən çox baxdığı rəng bənövşəyidir.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Bənövşəyinin pis bir rəng olduğuna özünüzü inandırmadan öncə mistik mövzuları, yaxşı niyyəti və mənəvi düşüncələri də təmsil etdiyini deyə bilərik. Hətta bənövşəyi ən çox animasiya və cizgi filmlərində istifadə olunur. Xüsusilə, başqalarından üstün olmaq istəyən obrazların üstündə az da olsa, bənövşəyi rəngdən ibarət bir əşya olur.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Çəhrayı

Çəhrayı şirinliyin, saflığın və uyğunluğun rəngidir. Xoşbəxtlik verən hadisələrin simvoludur. Davakar və uyğunsuz deyil. Daim gənc qalmaq və düşüncəli olmağı təmsil edir. Bəzən qırmızı kimi, sevgini də simvolizə edir. Romantik və zərif rəngdir. Eyni zamanda, sakitləşdirici təsirə malikdir. Ürəkyumşaldıcı tərəfi də var.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

Həbsxanaların birində qapı və pəncərələri çəhrayıya boyayan məhbusların aqressiv hərəkətlərinin azaldığını görüblər. Çəhrayı enerjini çəkən sakitləşdirici bir ab-havaya malikdir. Lakin bəzən onun sakitləşdirici ab-havası çox qısa çəkir.

Çəhrayını sevənlər həssas, əyləncəli, məsuliyyətlərinin fərqində olan və bir az ürkək insanlardır. Ancaq ürkək olduqlarını çox hiss etdirmirlər. Çəhrayı rəng ən çox animasiya və cizgi filmlərində istifadə olunur.

Hər nə qədər bəzi ölkələrdə fərqli olsa da, çəhrayı qadınlara məxsus bir rəngdir. Xüsusilə, filmlərdə femen obrazların geyimləri başdan ayağa çəhrayı rəngdə olur.

ÇıxışYolu.Com - Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?

.
www.ÇıxışYolu.Com