ÇıxışYolu.Com - Firuzə Cəlilova ilə market işçiləri arasında dava

ÇıxışYolu.Com – Firuzə Cəlilova ilə market işçiləri arasında dava

Baxış sayı: 10. 573 dəfə baxılıb.

ÇıxışYolu.Com - Firuzə Cəlilova ilə market işçiləri arasında dava

Teleaparıcı Firuzə Cəlilova və Günəşli qəsəbəsi ərazisində yerləşən “Bizim market”in işçiləri arasında dava baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, “Əlimin duzu” adlı proqramın çəkilişləri üçün marketə girən aparıcı və komandasına çəkiliş üçün icazə verməyiblər.

Nəticədə hər iki tərəf arasında gərginlik yaşanıb.

Aparıcı saytımıza açıqlamasında indiyədək belə bir halla qarşılaşmadıqlarını bildirib:

“Çəkilişi bitirib gedən zaman marketin səlahiyyətli işçiləri operatorumuzun kamerasını əlindən almağa çalışdılar.

Bunları lentə alanda əlimə vuraraq, telefonumu götürmək istədilər. Görəsən, niyə, qorxduqları nədir? Dəfələrlə başqa marketlərdə çəkiliş etmişik, heç bir problem yaşamamışıq.

“Bizim market”, demək ki, nədənsə qorxur. Maşınım qarşısını kəsməyə çalışdılar”.

Sözügedən görüntüləri təqdim edirik:

.
www.ÇıxışYolu.Com