Futbol üzrə dünya çempionatında “C” qrupunun növbəti matçı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Yekaterinburqun “Sentralni” arenasında Fransa və Peru milliləri münasibətlərinə aydınlıq gətirməyə çalışıb.
Hesabı 34-cü dəqiqədə Fransa yığması açıb. Topu boş qalmış qapıdan keçirən Kilian Mpabe vurduğu qolla dünya çempionatları tarixində qol vuran ən gənc futbolçu adını qazanıb.
Oyunda daha qol vurulmayıb. Qələbədən sonra Fransa millisi dünya çempionatının pley-of mərhələsinə vəsiqəni təmin edib.