ÇıxışYolu.Com – Futbolçu ÇL-də qol vurdu və… cəfasını çəkdi

Baxış sayı: 2. 095 dəfə baxılıb.

ÇıxışYolu.Com - Futbolçu ÇL-də qol vurdu və... cəfasını çəkdi

Çempionlar Liqasının pley-off mərhələsində “Ayaks”ın qapısına qol vuran Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Tomaş Kedziora hollandiyalı azarkeşin qəzəbinə tuş gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, Amsterdam klubunun tərəfdarı futbolçunun üzərinə pivə töküb.

Kedzioranın vurduğu qol görüşdə tarazlığı bərpa edib – 1:1. Lakin yekunda qələbəni “Ayaks” bayram edib – 3:1. 

Təkrar oyun avqustun 28-də Kiyevdə keçiriləcək.

www.ÇıxışYolu.Com