Gədəbəydə törədilən qətlə bağlı cinayət işi başlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, rayonun Günəş kəndi ərazisində, “Dəyirman yeri” adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini, 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlu olması müəyyən edilib.
Faktla bağlı bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
09:41
Gədəbəy sakini döyülərək qətlə yetirilib.
ÇıxışYolu.Com xəbər verir ki, ötən gün Daşkəsəndə qeydiyyatda olub Gədəbəyin Ərtəpə kəndində yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonunun Günəş kəndi ərazisində aşkarlanıb.
İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.