ÇıxışYolu.Com – Gülünc səhvləri ilə yadda qalan qapıçı rəsmən “Beşiktaş”da

Baxış sayı: 2. 514 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gülünc səhvləri ilə yadda qalan qapıçı rəsmən “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu “Liverpul”dan icarəyə götürdüyü Loris Karius transferini rəsmən açıqlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, ötən axşam Türkiyəyə gələn qapıçı İstanbulda tibbi müayinədən keçib.

Almaniyalı qolkiperlə iki illik icarə müqaviləsi imzalanıb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək.

“Beşiktaş” Kariusun iki illik icarəsi üçün “Liverpul”a 2,5 milyon avro ödəyəcək. Kariusun transfer hüququnu almaq üçün isə əlavə 8 milyon avro təzminat ödəmək lazım gələcək.

Qeyd edək ki, 2016-cı ildən “Liverpul”un şərəfini qoruyan Loris Karius ötən mövsüm kobud səhvləri ilə yadda qalıb. Bu ilin mayında Çempionlar Liqasının finalında iki gülünc səhvi hələ də müzakirə olunmaqdadır.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com