ÇıxışYolu.Com – Gürcüstan hökuməti təsdiq olundu

Baxış sayı: 2. 535 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gürcüstan hökuməti təsdiq olundu

Gürcüstan parlamenti böyük səs üstünlüyü ilə baş nazir Mamuka Baxtadzenin rəhbərlik etdiyi müvəqqəti hökumətə etimad göstərib.

ÇıxışYolu.Com xəbər verir ki, qərara əsasən hələlik kabinetdə 14 nazir qalacaq.

Bundan əvvəl Baxtadze hökumətdə nazirləri sayını 11 nəfərə qədər azaltmağı planlaşdırdığını bəyan etmişdi. Habelə yeni baş nazirin sözlərinə görə, qanunvericilikdə lazımı dəyişikliklərin aparılmasına müəyyən qədər vaxt tələb olunur.

DİN rəhbəri vəzifəsinə müvəqqəti olaraq keçmiş müavin Zalkaliani, iqtisadiyyat naziri postuna keçmiş müavin Qeorqi Çerkezişvili təyin olunub. Hazırkı baş nazir Baxtadzenin hökumətinə başına gəlməsindən sonra boş qalmış maliyyə naziri postuna isə onun müavini Nikoloz Qaqua gətirilib.

Digər nazirlər əvvəlki vəzifələrində qalıb.

Qeyd edək ki, iyunun 14-də parlamentdə 36 yaşlı Baxtadzenin baş nazir postuna namizədliyi irəli sürülnmüşdü. Ondan bir gün əvvəl Qeorqi Kvirikaşvili kütləvi etirazlar fonunda istefa vermişdi.

.
www.ÇıxışYolu.Com