ÇıxışYolu.Com – Gürcüstan Rusiyanı məhkəməyə verdi

Baxış sayı: 2. 208 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gürcüstan Rusiyanı məhkəməyə verdi

Gürcüstan İnsan Haqları Avropa Məhkəməsində Rusiyaya qarşı dövlətlərarası iddia qaldırıb.

ÇıxışYolu.Com xəbər verir ki, iddia Abxaziya və Cənubi Osetiya ərazilərində “gürcü əhalinin kütləvi sıxışdırılması” ilə əlaqəlidir. Sənəddə həmçinin Gürcüstan vətəndaşlarının “işğal xəttində” saxlanılması faktları əksini tapıb.

İddiada 2016-cı ildə Abxaziya sərhədçilərinin Gürcüstan vətəndaşı Qiqi Otxozoriyanı qətlə yetirdikləri və 2018-ci ilin fevralında Sxinvalda digər Gürcüstan vətəndaşı – Arçil Tatunaşvilinin ölümü qeyd olunub. 

Bu və analoji cinayətlərə görə Gürcüstan Rusiyanı ittiham edir.

www.ÇıxışYolu.Com