ÇıxışYolu.Com – Gürcüstanda marixuana leqallaşdırıldı

Baxış sayı: 2. 666 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gürcüstanda marixuana leqallaşdırıldı

Gürcüstanın Konstitusiya məhkəməsi ölkədə marixuana istifadəsini leqallaşdırıb.

ÇıxışYolu.Com-ın Gürcüstan mətbuatına istinadla verdiyi xəbərə görə, məhkəmə marixuana istifadəsini şəxsin azad inkişafı hüququ ilə mühafizə olunan əməl kimi dəyərləndirib.

Beləliklə də, Gürcüstanda marixuana istifadəsinə görə nəzərdə tutulan bütün sanksiyalar ləğv edilib.

Bununla da Konstitusiya məhkəməsinin işləri üzrə Kollegiya “Girçi” Partiyasının üzvləri Zurab CaparidzeVaxtanq Meqrelişvilinin iddiasını təmin edib. Onlar marixuananın həkim təyinatı olmadan istifadəsi üçün nəzərdə tutulan bütün sanksiyaların Konstitusiyaya zidd elan olunmasını istəyirdilər.

Qeyd edək ki, indi Gürcüstanda marixuananın istifadəsi azaddır, amma onun alınması və saxlanılmasına tətəbiq edilən qadağa qüvvədə qalır.

www.ÇıxışYolu.Com