ÇıxışYolu.Com – Gürcüstanın baş naziri istefa verdi

Baxış sayı: 3. 527 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın prezidenti Qeorqi Marqvelaşvilinin sərəncamına əsasən, istefa vermiş baş nazir Georqi Kvirikaşvilinin hökumətinin bütün üzvləri vəzifəni müvəqqəti icra edən məmurlar olub.

ÇıxışYolu.Com “Sputnik”ə istinadən xəbər verir ki, Gürcüstan qanunvericiliyinə görə, baş nazir istefa verdikdə , bütün hökumət avtomatik olaraq istefaya göndərilir.

“Yeni hökumət qurulana qədər, hökumət üzvləri əvvəlki tərkibdə vəzifə icraçısı olacaq”, – deyə Gürcüstan prezidentinin rəsmi saytında dərc olunan sərəncamda deyilir.

Gürcüstan prezidenti yeddi gün ərzində parlamentə baş nazir vəzifəsinə namizədi təqdim etməlidir. 

Bundan sonra namizədin yeni hökumət formalaşdırmasına və hökumətin proqramını təqdim etməsinə yeddi gün vaxt veriləcək.

19:00

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verdiyini elan edib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, baş nazir bunu ölkəni bürüyən etiraz dalğası fonunda keçirdiyi mətbuat konfransında bildirib.

“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım…Mən həmişə komanda oyunçusu olmuşam. Bunu nəzərə alsaq,  komandada müəyyən abu-havanın yarandığını görürəm. Ona görə, mənim vəziyyətimdə olan istənilən komanda başçısının qəbul etməli olduğu qərarı qəbul edirəm. Bu gün  tutduğum vəzifədən istefa verirəm.” – deyə nazir bildirib.

F.M
www.ÇıxışYolu.Com