Sərbəst güləş üzrə üçqat dünya çempionumuz, Avropa çempionatının ikiqat qalibi, Olimpiya mükafatçımız Hacı Əliyev ev heyvanlarına maraq göstərir.
Bu barədə ÇıxışYolu.Com-a idmançının özü bildirib.
“Bağda ev heyvanları saxlamaqdan çox xoşum gəlir. Üç itim var. İkisi alabaydır, biri isə italyan növü olan Kane Korsadır. Adları da var: Maks, Şirin və Xan. Bundan başqa, Motuş deyə çağırdığım ağ rəngdə pişiyim var”.
Həmçinin Hacı Əliyev at sürməyi də sevir.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com