Hacıqabul rayon sakini göldə batıb.
ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.
Əlavə məlumat veriləcək.