ÇıxışYolu.Com - Hadisənin anası intihara cəhd edib

ÇıxışYolu.Com – Hadisənin anası intihara cəhd edib

Baxış sayı: 2. 917 dəfə baxılıb.

ÇıxışYolu.Com - Hadisənin anası intihara cəhd edib

Məşhur türkiyəli müğənni Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Bildirilir ki, sənətçinin anası yuxu dərmanı içərək intihar etmək istəyib. O, dərmanı içməzdən əvvəl qızlarına məktub yazıb.

“Mənimlə maraqlanmırsınız. Narahat olduğumu deyirəm, məni həkimə aparmırsınız. Aranızdakı pul məsələlərindən və davalarınızdan bezmişəm”, – deyə Gülnihal məktubda yazıb.

Analarından xəbər ala bilməyən qızları isə yaşadıqları binanın mühafizə xidmətinə müraciət edib. Polislər gələrək qapını açıb və ifaçının anası xəstəxanaya aparılıb.

Gülnihal Açıkgöz bir həftə müalicə alıb.

.
www.ÇıxışYolu.Com