ÇıxışYolu.Com - Hadisənin anasının intihar məktubu: Ağrılarım vecinizə olmadı

ÇıxışYolu.Com – Hadisənin anasının intihar məktubu: Ağrılarım vecinizə olmadı

Baxış sayı: 2. 221 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur ifaçı Hadisenin anası Gülnihal Açıkgöz intihara cəhd edib.

ÇıxışYolu.Com xəbər verir ki, daha sonra müğənninin meneceri açıqlama verərək Gülnihal Açıkgözün qida zəhərlənməsində görə xəstəxanada olduğunu deyib.

Ancaq “Teve2” kanalından yayımlanan “İkinci sayfa” proqramında gerçəklər üzə çıxıb. Məlum olub ki, Hadisənin anası həqiqətən intihara cəhd edib. Belə ki, verilişin komandası Açıkgözün intihar məktubunu ələ keçirib.

Məktubda “Övladlarım, haqqınızı halal edin. Dayana bilmirəm. Bəlkə də aranızdan çəkilsəm, yaxşı olar. Ağrılar içərisindəyəm. Atanıza 20 min avroya diş düzəltdirirsiniz, ancaq mənim belimin ağrısı heç vecinizə olmadı. Neyləyək ki, vədəm yetməyib. Səbrimi daşıran isə Hadisənin “ev sizin, maşın mənimdir” deməsi idi. Hülya, ilk övladım, öncə Allaha, sonra bir-birinizə əmanət olun. Çox təəssüf ki, nə qardaş-bacım, nə də övladlarım üzümü güldürmədi. Allah sizi güldürsün”, – deyə qeyd olunur.

Hadisə isə baş verən olayla bağlı heç bir açıqlama etməyib.

.
www.ÇıxışYolu.Com