ÇıxışYolu.Com – Hakerlər Jirinovskini qarət etdilər

Baxış sayı: 2. 590 dəfə baxılıb.

ÇıxışYolu.Com - Hakerlər Jirinovskini qarət etdilər

Rusiyanın Liberal-demokrat partiyasının (RLDP) sədri Vladimir Jirinovski, onun oğlu, deputat İqor Lebedev və Dövlət Dumasında RLDP fraksiyası sədrinin birinci müavini Vadim Denqin “Lurk” haker qrupu tərəfindən qarət ediliblər.

ÇıxışYolu.Com Znak.com-a istinadla xəbər verir ki, müvafiq sənədi hakerlərin vəkili təqdim edib. Hüquq mühafizə orqanlarına yaxın mənbələr haker hücumlarının baş verdiyini təsdiqləyiblər. 

Nəşr qeyd edir ki, “Lurk” haker qrupunun üzvləri 2016-cı ildə saxlanılıblar. Onlar banklar və kommersiya təşkilatlarından 3 milyard rubl oğurlamaqda ittiham olunurdular.

2017-ci ilin sonlarında isə sözügedən cinayət işi üzrə keçən Konstantin Kozlovski bəyan etmişdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə ABŞ-ın Demokrat partiyasının Milli Komitəsinin saytının dağıdılmasında və ölkə prezidentliyinə namizəd Hillari Klintonun şəxsi yazışmalarının mənimsənilməsində iştirak edib.

www.ÇıxışYolu.Com