ÇıxışYolu.Com - Havalar sərinləşəcək

ÇıxışYolu.Com – Havalar sərinləşəcək

Baxış sayı: 1. 989 dəfə baxılıb.

ÇıxışYolu.Com - Havalar sərinləşəcək

İyulun 5-dən Azərbaycanda havanın temperaturu enəcək.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib. 

Onun sözlərinə görə, ölkə ərazisində havanın temperaturunun aşağı enməsi iyulun 8-nə kimi müşahidə ediləcək:

“Arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək. Hava sərin keçəcək”.

Umayra Tağıyeva qeyd edib ki, iyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilər olacaq.

İlhamə Əbülfət 
www.ÇıxışYolu.Com