ÇıxışYolu.Com – “İkinci Yer planeti” aşkarlanıb

Baxış sayı: 2. 690 dəfə baxılıb.

ABŞ-dan olan tədqiqatçılar bizim planetdən 500 işıq ili uzaqlıqda yerləşən “Kepler 186f” kosmik obyektini “ikinci Yer planeti” adlandırıb.

ÇıxışYolu.Com “Ren.Tv”yə istinadən xəbər verir ki, alimlərin təbirincə, sözügedən kosmik obyekt bir sıra göstəricilərə görə Yerə ən çox bənzərliyi olan planetdir.

Temperatur rejimi ideal olmasa da, Yerdəkinə çox yaxındır. Bundan başqa planetin səthində suyun olması ehtimalı yüksəkdir.

Eyni zamanda “Kepler 186f”in  oxunun mayılı olması səbəbindən planetdə fəsillər də mövcuddur. 

Alimlər günəş sistemindən kənarda yerləşən ekzoplaneti daha təfsilatlı şəkildə araşdırmaq niyyətindədir. Tədqiqatçılar orada sadə həyat forması kəşf edəcəklərini istisna etmir.

.
www.ÇıxışYolu.Com