“Ilgar Aliyev Models Fashion Night 2018” adlı mərasim keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, ikinci dəfə keçirilən layihənin məqsədi yeni modelleri təqdim etmək, Azərbaycanda model sənətinə olan fikri yaxşı tərəfə yönəltmək və inkişaf etdirməkdir.
Bir çox məşhur simaların iştirak etdiyi mərasimi təşkil edən İlqar Əliyev bildirib ki, artıq iki ildir özünün “Ilqar Aliyev Model School” adlı model məktəbini açıb və yeni modellər yetişdirir:
“Model məktəbi, əslində, təkcə model olmaq istəyənlər üçün deyil. Bura yerişinə, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün və yerində istifadə etmək, kamera ilə düzgün işləmək, özünü düzgün təqdim etmək istəyənlərin məktəbidir. Bu dəfilədə bəlkə də gələcəyin aktyor, aparıcı və modellərini görəcəksiniz”.
Sonra İlqar Əliyevin model məktəbinin 4 aylıq kurslarını bitirən 5-25 yaş arası 40-a yaxın tələbəyə diplomlar verilib.
Sevilən müğənnilər Yaşar Yusub və Ramil Nabran isə öz mahnıları ilə tədbirə rəng qatıblar.
Tədbirin sonunda böyük tort kəsilib və gecə Dj China ilə davam edib.
Qeyd edək ki, İlqar Əliyev “Best Model of Azerbaijan – 2004” milli gozəllik və model yarışmasının qalibidir. O, artıq 15 ildir bu sahədə çalışır. Bir çox reklam, seriallarda çəkilib, məşhur brendlərin dəfilələrində yer alıb və siması olub. Azərbaycanı dünyada təmsil edən ilk modellərdəndir.