ÇıxışYolu.Com - İmişlinin pambıq sahəsində kütləvi zəhərlənmə

ÇıxışYolu.Com – İmişlinin pambıq sahəsində kütləvi zəhərlənmə

Baxış sayı: 2. 828 dəfə baxılıb.

ÇıxışYolu.Com - İmişlinin pambıq sahəsində kütləvi zəhərlənmə

İmişlidə pambıq tarlalarında zəhərlənmə ilə bağlı İmişli Rayon Mərkəzi Xəstəxanasına 52 müraciət olub.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərimə görə, müraciət edənlənlərdən 20 nəfərə ambulator müayinə edilib və evə buraxılıb.

Hazırda 32 nəfərin müalicəsi davam etdirilir. Nazirlik rəsmisi qeyd edib ki, zəhərlənmə ilə bağlı hələlik heç bir xəstə Bakıya göndərilməyib.

13:50

İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.

ÇıxışYolu.Com “Report”a istinadən xəbər verir ki, ilkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

13:23

İmişli rayonunda pambıq sahəsində işçilər zəhərlənib.

ÇıxışYolu.Com-ın məlunatına görə, zəhərlənənlər İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, zəhərlənənlər barədə məlumat veriləcək.

www.ÇıxışYolu.Com