İndoneziyada uşaqlara terrorçuların geyiminə oxşar paltar geyindirərək, parada gətirən bağça direktoru işdən qovulub.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The Straits Times” məlumat yayıb.
Məlumata görə, avqustun 17-də ölkədə Müstəqillik günü qeyd edilib. Bu səbəbdən Şərqi Yava bölgəsinin Probolinqo şəhərində parad keçirilib. Bağça direktoru uşaqları qara geyimdə, niqabda və əllərində oyuncaq silahla parada gətirib.
Mərasimin foto və videosu sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub.
Direktor verdiyi açıqlamada heç bir qanunu pozmaq istəmədiyini və geyimlərin əldə olan materiallar əsasında hazırlandığını bildirib. O, üzr istəməli olub.