İndoneziyanın şərqindəki Lombak adasında baş verən 7 bal gücündəki zəlzələ nəticəsində 39 nəfərin öldüyü bildirilir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı Qərbi Nusa Tenggara Bölgəsi Fəlakətlə Mübarizə Dairəsinin rəhbəri Məhəmməd Rum yayıb.
Zəlzələ Lombakdan 27 kilometr şimal-şərqdə olub və episentri 15 km dərinlikdə yerləşib.