ÇıxışYolu.Com – İndoneziyada zəlzələ olub: Ölənlərin sayı artır

Baxış sayı: 2. 199 dəfə baxılıb.

ÇıxışYolu.Com - İndoneziyada zəlzələ olub: Ölənlərin sayı artır

İndoneziyanın Lombok adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, 40 nəfər xəsarət alıb.

09:04

İndoneziyada zəlzələ olub.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb.

Məlumata görə, iyulun 29-da yerli vaxtla saat 6:47-də İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib. Turistlər arasında populyarlığı ilə seçilən Bali adasının və Rincani vulkanının yaxınlığında baş verən zəlzələnin ocağı 7,5 kilometr dərinlikdə yerləşib.

Təbii hadisə zamanı 10 nəfər ölüb. Onların ölümünə nəyin səbəb olduğu açıqlanmır. Zəlzələ zamanı azı 20 nəfər xəsarət alıb. 

İndoneziya Geofizika və Meteorologiya Agentliyinin yaydığı məlumata görə, zəlzələnin ardınca 11 afterşok qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.

Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyi çoxsaylı dağıntılar barədə məlumat yayıb. Torpaq sürüşmələrinin qeydə alındığı Rincani dağına qalxan yollar müvəqqəti olaraq bağlanıb.

www.ÇıxışYolu.Com