Futbol üzrə dünya çempionatında İngiltərə millisi 1/8 finala vəsiqə qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, İngiltərə millisi debütant Panamanı darmadağın edib – 6:1.
Qolları İngiltərədən Con Stounz (2), Hari Keyn (3) və Cesi Linqard vurub. Panamanın mundial tarixindəki ilk qoluna isə 78-ci dəqiqədə Felipe Baloy imza atıb.
Bu nəticə ilə G qrupunda Belçikanın ardından İngiltərə də 1/8 finala vəsiqə qazanıb. Panama isə Tunis kimi sonuncu turda yalnız ilk qələbələrini qazanmaq üçün meydana çıxacaq.
Hazırda Belçika ilə İngiltərənin altı xalı var. Həmçinin komandaların top fərqi də eynidir – 6. İyunun 28-də keçiriləcək bu qrupun son matçı bu iki komandanın qrup liderliyini müəyyənləşdirmək üçün vacib matç olacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com