Dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Kolumbiya və İngiltərə yığmaları arasındakı qarşılaşmadan sonra Moskva metrosunda azarkeşlər arasında dava olub.
ÇıxışYolu.Com Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı ingilis azarkeş kolumbiyalının burnunu sındırıb.
Hadisə nəticəsində iki ingilis saxlanılıb.
Xatırladaq ki, iyunun 3-də DÇ 1/8 final çərçivəsində Kolumbiya və İngiltərə yığmaları arasında qarşılaşmanın əsas və əlavə vaxtları 1:1 hesabı ilə bitdiyindən penaltilər seriyasına ehtiyac duyulub.
Burada kolumbiyalılar təyin olunan beş penaltidən ikisini yerinə yetirə bilməyib və bununla da mundialda iştirakını dayandırıb.