Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində iki nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.
DSX-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, sərhəd axtarışı əməliyyatı nəticəsində iki nəfər İran vətəndaşı, Maku şəhər sakinləri – 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əhməd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn saxlanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.
Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gəlmiş “Hunday Elantra” markalı, “99 MV 667” dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mirtağı Süleyman oğlu və İran vətəndaşı, 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar.
Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com