ÇıxışYolu.Com – İrandan Türkiyəyə dəstək

Baxış sayı: 2. 256 dəfə baxılıb.

ÇıxışYolu.Com - İrandan Türkiyəyə dəstək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı addımını pisləyib.

ÇıxışYolu.Com İTAR-TASS agentliyinə istinadən bildirir ki, bu barədə İranın XİN rəhbəri bu gün özünün “Twitter” hesabında yazıb. 

“Trampın NATO-da müttəfiqi olan Türkiyəyə iqtisadi ziyan vurması utancvericidir. ABŞ sanksiya və təzyiq siyasətindən əl çəkməlidir, əks halda bütün dünya birləşəcək və ABŞ-ı bunu etməyə məcbur edəcək, və söhbət yalnız şifahi məzəmmətdən getmir. Biz əvvəllər də qonşularımızı dəstəkləmişik, və indi də dəstəkləyirik”, – deyə M.C. Zərif bildirib.

Bundan əvvəl “Reuters”in İran mətbuatına istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasının 73-cü sessiyasında İran rəsmiləri ilə ABŞ nümayəndələri arasında görüş, xüsusilə də ABŞ dövlət katibi Maykl Pompeo ilə İran XİN rəhbəri M.C. Zərif danışıqlar planlaşdırmırlar. 

Daha əvvəl İran Prezidentinin ofisindən bildirilmişdi ki, Həsən Ruhani ilə Trump arasında görüş keçirilmək üçün əsası yoxdur.

Qeyd edək ki, avqustun 10-da ABŞ Türkiyədən alüminium və polad idxalına rüsumları müvafiq olaraq, 20 və 50%-dək artırıb.

www.ÇıxışYolu.Com