ÇıxışYolu.Com – İraqda terrorçular edam olundu

Baxış sayı: 2. 865 dəfə baxılıb.

ÇıxışYolu.Com - İraqda terrorçular edam olundu

İraq hökuməti terrorçuluqda ittiham olunan 12 nəfəri edam edib. Edam prosesi baş nazir Heydər əl-Abadinin terrorçuların dərhal dar ağacından asılması ilə bağlı əmrindən sonra baş tutub. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi məlumat yayıb. 

Bir müddət öncə ölkə parlamenti baş nazir əl-Abadidən və prezidenti Fuad Maasumdan İŞİD terrorçularının edam edilməsini tələb etmişdi. 

Əl-Abadi 2017-ci ilin dekabrında ölkədə İŞİD-in məhv edildiyini açıqlamışdı.

www.ÇıxışYolu.Com