ÇıxışYolu.Com - İrem Dericinin klipi plagiat çıxdı

ÇıxışYolu.Com – İrem Dericinin klipi plagiat çıxdı

Baxış sayı: 2. 905 dəfə baxılıb.

ÇıxışYolu.Com - İrem Dericinin klipi plagiat çıxdı

Türkiyəli müğənni İrem Dericinin “Ben tek siz hepiniz” adlı klipinin plagiat olduğu iddia edilib.

ÇıxışYolu.Com xəbər verir ki, onun klipi Juanes adlı müğənninin “Pa Dentro” adlı klipinin kopyası çıxıb.

Sözügedən ekrran işində olan görüntülər İremin klipində də təkrarlanıb.

Məsələ ilə bağlı müğənni “Instagram” hesabında açıqlama verib.

“Çatışmayan bir informasiya da var. Bu klipdə Rita Oranın klipində olan görüntüləri də təkrarlamışıq. Qıza haqsızlıq etmisiniz. Mahnıda “Saxta, kiçik, mükəmməl dünyasında hər kəs” deyərkən bunları nəzərdə tuturduq. Başqalarını təkrarlayarsansa, nəticəsi də belə olar. Yəni,  xarici kliplərə baxıb, həsrət çəkmək lazım deyil. Bir az pul xərcləsək, eynisini edə bilərik”, – deyə ifaçı bildirib.

Sözügedən klipləri təqdim edirik:

.
www.ÇıxışYolu.Com