İŞİD terror təşkilatının gəlirləri 2014-cü ildən 10 dəfə azalıb.
ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ məlumat və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sergey Beseda deyib.
Onun sözlərinə görə, dörd il əvvəl terrorçuların gəlirləri üç milyard dollar məbləğində qiymətləndirilirdi.
“Hazırda isə İŞİD yaraqlıları ilə 200-300 milyon dollar qazana bilirlər”, – Beseda qeyd edib.
O bildirib ki, terrorçuların maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi neft gəlirlərinin, həmçinin onların nəzarəti altında olan ərazilərdən gələn vergilərin azalması ilə bağlıdır.
S.Beseda əlavə edib ki, hazırda İŞİD terrorçu fəaliyyətini davam etdirmək üçün vəsaitlərini qanuni biznesə qoyur. Bununla da, onlar həmçinin çirkli pullarını yuyurlar.