İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində, rayonun Buynuz kəndindəki göldə baş verib.
İsmayıllı şəhəri, Nizami küçəsi 17 ünvanında yaşayan 2001-ci il təvəllüdü Hacıyev Əsəd Nəsimi oğlu dostları ilə birgə göldə çimərkən ehtiyatsız edib və suda boğularaq dünyasını dəyişib.
Ə. Hacıyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 17 yaşlı Ə. Hacıyev bu il orta məktəbi bitirib və ali məktəbə daxil olaraq tələbə adını qazanıb.