Rusiya keçirilən futbol üzrə dünya çempionatında B qrupunun növbəti matçı yekunlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, Kazan arenada keçirilən oyunda İspaniya millisi İran yığması ilə üz-üzə gəlib.
Hesabı ispanlar açıb. 52-ci dəqiqədə hücumçu Dieqo Kosta cərimə meydançasında iki iranlı müdafiəçini aldaraq dəqiq zərbə ilə topu yaxın küncə göndərib. İspanlar minimal hesabla qələbə qazanıb.