Mərakeşin “Royal Air Moroc” aviaşirkətinin təyyarəsi “Turkish Airlines” şirkətinə məxsus laynerlə İstanbulun Atatürk adına hava limanında toqquşub.
ÇıxışYolu.Com Ren.TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində zərərçəkən yoxdur.
Mərakeş təyyarəsi uçuş zolağına çıxarkən sərnişinləri terminaldan qəbul etməyə hazırlaşan Türkiyə laynerinin quyruq hissəsinə toxunub.
Hər iki təyyarə xırda zədələr alıb.