Bu il üçüncü mövsümü ilə ekrana gəlməyi planlaşdıran “İstanbullu gəlin” serialına yeni obrazlar daxil olub.
ÇıxışYolu.Com xəbər verir ki, üçüncü mövsümə sürprizlərlə başlayan ekran işində 19 il sonraya gediləcək.
Ssenaristlərin belə qərar verməsi bir çox yeni obrazın qatılmasına və serialdan uzaqlaşmasına səbəb olub.
Belə ki, Farukun oğlunu canlandıran Emir obrazını canlandıran aktyor artıq serialda olmayacaq.
Faruk və Sürəyyanın qızı Yazı isə gənc aktrisa Ahsen Eroğlu canlandıracaq.
Ekran işinə daxil olan digər yeni obraz isə Farukun bibisi Ülfətdir. Ülfət obrazını qocaman aktrisa Meral Çetinkaya canlandırır.
Onun köməkçisi obrazında isə Nihal Yalçın seriala daxil olacaq.
Bundan əlavə, Fikret obrazının övladları Ada və Cihan obrazı üçün də yeni aktyorların seriala daxil olacağı güman olunur.
Aktyor Kaan Çakır da seriala daxil olub. Ancaq onun hansı obrazı canlandıracağı məlum deyil.
Qeyd edək ki, aradan 19 ilin keçməsi izləyicilər tərəfindən hələlik yaxşı qarşılanmayıb. Onlar serialın maraqsız olacağını düşünürlər.